WebShop.az

İndi açığıq, yaza bilərsiniz

+994 50 649 16 77 [email protected]

Bakı, Nəsimi rayonu, Füzuli küçəsi 44, 3-cü mərtəbə

Bazar ertəsi – Cümə 09:00–18:00, Şənbə 10:00–15:00

Layihənizə uyğun paket

Qiymət səhifələrin sayından, funksiyalardan və dizaynın mürəkkəbliyindən asılıdır. Paketi seçin, layihəni qısaca yazın, sizə dəqiq təklif göndərək.

E-ticarət və sayt paketləri

Təklifi yazılı göndəririk; mərhələlər və məbləğ işə başlamazdan əvvəl razılaşdırılır.

Vizit sayt / lendinq

1–2 həftə

Yeni açılan biznes, tək xidmət və ya reklam kampaniyası üçün.

  • 1–5 səhifə
  • Telefon və planşetə uyğunlaşma
  • WhatsApp və zəng düymələri
  • Sorğu forması və xəritə
  • Domen və hostinqin qoşulması

Təxmini müddət: 1–2 həftə

Qiyməti öyrən

Korporativ sayt

3–5 həftə

Xidmət göstərən şirkət, klinika, büro və ya istehsalçı üçün.

  • 10–15 səhifə: xidmətlər, komanda, layihələr
  • İdarə paneli
  • 2–3 dil
  • Bloq və ya xəbərlər bölməsi
  • Başlanğıc SEO ayarları

Təxmini müddət: 3–5 həftə

Qiyməti öyrən

Tövsiyə edirik

Onlayn mağaza

6–10 həftə

Məhsulunu onlayn satmaq və sifarişləri bir yerdən idarə etmək istəyənlər üçün.

  • Kataloq, süzgəc və axtarış
  • Səbət və kartla onlayn ödəniş
  • Sifariş, çatdırılma və qalıq idarəsi
  • Məhsulların Excel-dən yüklənməsi
  • Yeni sifariş bildirişləri

Təxmini müddət: 6–10 həftə

Qiyməti öyrən

Fərdi layihə

Brifdən sonra müəyyən olunur

Portal, xəbər saytı, şəxsi kabinet və ya xüsusi sistem lazım olanda.

  • Texniki tapşırığın birlikdə yazılması
  • Fərdi funksiyalar və inteqrasiyalar
  • Rollar və icazələri olan idarə paneli
  • Yük altında sürət testi
  • Mərhələli təhvil

Təxmini müddət: Brifdən sonra müəyyən olunur

Qiyməti öyrən

Tez-tez verilən suallar

Bütün suallar

Saytın qiyməti necə hesablanır?

Qiymət səhifələrin sayından, dizaynın fərdi olub-olmamasından, funksiyalardan (onlayn ödəniş, şəxsi kabinet, bir neçə dil) və mətnləri kimin hazırlayacağından asılıdır. Brifdən sonra mərhələlərə bölünmüş yazılı təklif göndəririk.

Sayt nə qədər vaxta hazır olur?

Vizit sayt adətən 1–2 həftəyə, korporativ sayt 3–5 həftəyə, onlayn mağaza 6–10 həftəyə hazır olur. Müddət mətn və şəkillərin vaxtında hazır olmasından da asılıdır.

Saytı sonradan özüm yeniləyə bilərəmmi?

Bəli. Hər saytla idarə paneli verilir: mətn, şəkil, məhsul, qiymət və xəbərləri özünüz dəyişirsiniz. Təhvil zamanı paneldən necə istifadə olunduğunu göstəririk.

Domen və hostinqi kim alır?

İstəsəniz qeydiyyatı biz edirik, amma domen sizin adınıza qeydə alınır. Artıq domeniniz və ya hostinqiniz varsa, saytı oraya qoşuruq.

Fikrinizi qısaca yazın, saytın qiymətini hesablayıb göndərək

İndi açığıq, yaza bilərsiniz

+994 50 649 16 77 [email protected]

Bakı, Nəsimi rayonu, Füzuli küçəsi 44, 3-cü mərtəbə

Bazar ertəsi – Cümə 09:00–18:00, Şənbə 10:00–15:00

Bir iş günü ərzində zəng edib və ya yazıb qiyməti dəqiqləşdiririk.

Tələsirsiniz? WhatsApp-da yazın

Layihəniz haqqında yazın

Bir neçə cümlə kifayətdir; təfərrüatları zəngdə dəqiqləşdirərik.

Bir iş günü ərzində zəng edib və ya yazıb qiyməti dəqiqləşdiririk.

Tələsirsiniz? WhatsApp-da yazın