Saytın qiyməti necə hesablanır?
Qiymət səhifələrin sayından, dizaynın fərdi olub-olmamasından, funksiyalardan (onlayn ödəniş, şəxsi kabinet, bir neçə dil) və mətnləri kimin hazırlayacağından asılıdır. Brifdən sonra mərhələlərə bölünmüş yazılı təklif göndəririk.
Sayt nə qədər vaxta hazır olur?
Vizit sayt adətən 1–2 həftəyə, korporativ sayt 3–5 həftəyə, onlayn mağaza 6–10 həftəyə hazır olur. Müddət mətn və şəkillərin vaxtında hazır olmasından da asılıdır.
Saytı sonradan özüm yeniləyə bilərəmmi?
Bəli. Hər saytla idarə paneli verilir: mətn, şəkil, məhsul, qiymət və xəbərləri özünüz dəyişirsiniz. Təhvil zamanı paneldən necə istifadə olunduğunu göstəririk.
Domen və hostinqi kim alır?
İstəsəniz qeydiyyatı biz edirik, amma domen sizin adınıza qeydə alınır. Artıq domeniniz və ya hostinqiniz varsa, saytı oraya qoşuruq.
Sayt telefonda düzgün açılacaq və Google-da tapılacaqmı?
Hər sayt əvvəlcə telefon üçün yığılır, sonra böyük ekranlara uyğunlaşdırılır. Səhifə başlıqları, təsvirlər, sayt xəritəsi və sürət kimi əsas SEO ayarları hər layihədə edilir; davamlı irəliləmə isə ayrıca SEO xidmətidir.
Təhvildən sonra kömək edirsinizmi?
Bəli. Texniki dəstək xidməti ilə saytı yeniləyir, ehtiyat nüsxələri saxlayır və kiçik düzəlişləri edirik. Dəstəyin həcmini ehtiyacınıza görə razılaşdırırıq.
Ödəniş necə aparılır?
Ödəniş mərhələlərlə aparılır: işə başlayanda ilkin ödəniş, qalan hissə dizayn təsdiqlənəndə və sayt təhvil veriləndə. Dəqiq bölgü müqavilədə yazılır.
Fikrinizi qısaca yazın, saytın qiymətini hesablayıb göndərək
İndi açığıq, yaza bilərsiniz
+994 50 649 16 77 [email protected]Bakı, Nəsimi rayonu, Füzuli küçəsi 44, 3-cü mərtəbə
Bazar ertəsi – Cümə 09:00–18:00, Şənbə 10:00–15:00